EN

ABŞ Ukraynaya hərbi yardımı dayandırsa... - Zelenski

ABŞ-ın hərbi yardımı Ukrayna üçün kritik əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, bu yardım dayandırılarsa, Ukraynın salamat qalması çətin olacaq:

“Əlbəttə, bütün çətin vəziyyətlərdə həmişə şans var. Ancaq ABŞ-ın dəstəyi olmadan salamat qalmaq şansımız çox aşağı olacaq. Hesab edirəm ki, bu, çox vacibdir, kritik əhəmiyyət kəsb edir. Mən bizim strateji tərəfdaş olmayacağımız barədə düşünmək belə istəmirəm”.

Chosen
10
1
axar.az

2Sources