EN

Tramp Çinə qarşı tətbiq olunan rüsumun ümumi məbləğini açıqlayıb

Bakı.Trend:

Çinə qarşı tətbiq olunan idxal rüsumları ümumilikdə 600 milyarddollar həcmindədir.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin prezidentiDonald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Mən Çinə qarşı 600 milyard dollarlıq əhəmiyyətli rüsum tətbiqetmişəm. Başqa heç bir prezident bu qədər rüsum tətbiq etməyib”, -Tramp qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Çinin Kommersiya NazirliyiVaşinqtonun Çin məhsullarına tətbiq etdiyi sərt rüsum siyasətinin“tipik proteksionizm siyasətinin təzahürü” olduğunu bildirmiş vəABŞ administrasiyasını “çoxtərəfli ticarət sisteminin doğru yolunaqayıtmağa” çağırmışdı.

Məqalədə:
Chosen
8
az.trend.az

1Sources