EN

Azərbaycan Beynəlxalq Enerji Agentliyi ilə əməkdaşlığı dəyərləndirib

Azərbaycan Beynəlxalq Enerji Agentliyi ilə əməkdaşlıq imkanlarını dəyərləndirib.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) İcracı direktoru Fatih Birolla görüşdük.

COP29-un nəticələri, xüsusilə enerji təşəbbüslərinin əhəmiyyəti, eləcə də, qlobal enerji bazarında vəziyyət və Agentliklə əməkdaşlığa dair fikir mübadiləsi apardıq”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi (BEA) avtonom beynəlxalq orqan olaraq İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (OECD) çərçivəsində 1974-cü ildə Parisdə yaradılıb. Təşkilatın əsas məqsədi dünya enerji resurslarının və energetik xidmətlərin tələb və təklif strukturunun təkmilləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlığın dəstəklənməsidir. Təşkilat reallıqda enerji resurslarının idxalçı ölkələrinə köməyi həyata keçirir.

BEA funksional olaraq üzv ölkələrin maraqlarına uyğun məlumat mərkəzi və məsləhətçi rolunda çıxış edir. Agentlik həmçinin, enerji təhlükəsizliyi. İqtisadi inkişaf və ətraf mühitin qorunması vəzifələri funksiyalarını da özündə birləşdirir.

IEA Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Energy proqramı çərçivəsində Azərbaycan Respublikası üçün uzunmüddətli enerji planladırılmasına dair Yol Xəritəsi layihəsini tərtib edib. Yol Xəritəsində əsas diqqət enerji siyasətinin planlaşdırılmasında istifadə olunan yanaşma və modellərə yönəldilib. Dövlət qurumları sənədə daxil edilmiş statistik məlumatlar və onların toplanması metodologiyasından, monitorinq və qiymətləndirmə prosedurlarından, habelə müvafiq sahədə əsas icra göstəricilərindən enerji planlaşdırması prosesində istifadə edə biləcəklər.

// APress.az

Chosen
13
apress.az

1Sources