EN

Milli Məclisin plenar iclası

Fevralın 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Gündəliyə 15 məsələ daxil edilib.

Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəni təqdim edib. Qeyd olunub ki, ötən il ərzində yerli özünüidarəetmənin inkişafı məsələləri diqqətdə saxlanılıb, bələdiyyələrin fəaliyyətində qanunçuluğa əməl edilməsi, qanunvericiliyin tələblərinin pozulması hallarının, onları yaradan səbəblərin aradan qaldırılması, bələdiyyələrə göstərilən metodoloji köməkliyin gücləndirilməsi istiqamətində işlər davam etdirilib.  Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə bu komitənin rəyini diqqətə çatdırıb. 

Milli Məclisin sədri hesabatın ətraflı hazırlandığını, əvvəlki illərdən fərqli olduğunu, bir çox istiqamətlərdə görülən işlər, habelə gələcək planlar haqqında məlumat verildiyini bildirib. Nazir müavini Toğrul Hüseynov müzakirələr zamanı səsləndirilən fikirlərin Ədliyyə Nazirliyi tərəfindən növbəti ildə hazırlanacaq məruzədə  dəyərləndiriləcəyini və müvafiq işlərin görüləcəyini bildirib. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə nəzərə alınıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Nurlan Həsənov Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin mahiyyəti barədə danışıb. Layihələr səsə qoyularaq qəbul edilib.

Gündəliyin digər 6 məsələsi ikinci oxunuşda qanun layihələri olub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Azər Əmiraslanov “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş)  qanun layihəsinə dair məlumat verib.  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov  Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə söhbət açıb. Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova “Sosial sığorta haqqında” Qanununda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən bəhs edib. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Nurlan Həsənov  Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin qalan məsələlərinin birinci oxunuşda qanun layihələri olduğunu bildirilib. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib. Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə  Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair  (birinci oxunuş) məlimat verib. Azər Əmiraslanov isə “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

XQ

 

Chosen
18
3
xalqqazeti.az

5Sources