EN

Zaxarova AZAL təyyarəsinin qəzası ilə bağlı: "Münasibətlərimizə zərbə vurmaq..."

""Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur".

 

Sfera.az xəbər verir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib.

 

“Çoxları bu işdə müəyyən uğur əldə etmək istəyir, lakin heç bir uğur olmayacaq, çünki xalqlar arasında, bu cür ortaq tarixə, bu cür məsuliyyət zonasına, o cümlədən regional və oxşar inkişaf perspektivlərinə malik ölkələr arasında reaksiya yaratmaq cəhdləri - bütün bunlar uğursuzluğa məhkumdur”, -  Zaxarova bildirib.

 

O əlavə edib ki, Moskva Bakı ilə münasibətlərdə bu cür problemli məsələləri konstruktiv həll etməyə hazırdır.

 

Firuzə Əliyeva

Chosen
7
sfera.az

1Sources