EN

Kilosu 200 manata olan meyvə: "İnsaf da yaxşı şeydir"

Son illərdə Azərbaycana xaricdən gətirilən ekzotik meyvələrin çeşidi artıb. Sosial şəbəkələrdə bu meyvələrin geniş reklamı aparılır və onların faydaları vurğulanır.

Lakin qiymətlərin həddən artıq baha olması müzakirələrə səbəb olub. Məsələn, quanabana, əjdaha meyvəsi, tamarillo, ilan meyvəsi və sair kimi meyvələrin qiyməti yerli bazardakı adi meyvələrdən dəfələrlə yüksəkdir. Onların bəzilərinin kilosunun qiyməti 150-200 və daha çoxdur.

Satıcılar bunun əsas səbəbini nəqliyyat və gömrük xərcləri, həmçinin məhsulun nadir olması ilə izah edirlər. Bəzi vətəndaşlar bu meyvələri dadmaq üçün baha qiymətə almağa razı olsalar da, əksəriyyət onları əlçatan hesab etmir. Mütəxəssislər qeyd edirlər ki, ekzotik meyvələrin qidalanmada əvəzedilməz rolu yoxdur.

Bununla belə, sosial şəbəkələrdə aparılan marketinq kampaniyaları bəzi insanlar arasında bu məhsullara marağı artırır. Ekspertlər hesab edirlər ki, qiymətlərin tənzimlənməsi və daha əlçatan olması üçün idxal prosesinə nəzarət gücləndirilməlidir.

Mövzu ilə bağlı Modern.az-a danışan qida eksperti Fərid Səfərovun sözlərinə görə, artıq il ərzində meyvə və tərəvəz satılan piştaxtalarda demək olar ki, bütün meyvə və tərəvəzləri görmək mümkündür:

“Onların içərisində qiymətini görəndə çox təəccübləndirəcək ekzotik meyvələr də var. Belə bir sual yaranır, nə üçün bu qədər bahadır bu ekzotik meyvələr? Ona görə ki, bu meyvələr dünyanın hər yerində yetişmir, yəni, hər bir iqlim şəraitinə uyğunlaşdırmaq və yetişdirmək çətindir. Burada bəzi meyvə və tərəvəzləri istisna etmək olar, ölkəmizdə bilmirəm, amma Türkiyədə avokado və pitaya adlı meyvə yetişdirilir. Bu qiymətin baha olmasının birinci səbəbidir”.

Ekspert qeyd edib ki, digər bir səbəb isə çətinliklə əldə edilən hər bir qida insanlar üçün hər zaman çox daha cazibəli olur, ona görə də bunu fürsət bilən satıcılar və ya istehsalçılar qiyməti qaldırırlar:

“Başqa bir səbəb də - ekzotik meyvələr çox fərqli dada və çox gözəl görüntüyə sahibdir və bu da təbii ki, qiymətə birbaşa təsir edir. Dünyada olan bütün nemətlər insanlar üçündür, hər kəsin də bu nemətlərin dadına baxmağa haqqı çatır, təbii ki, insaf da yaxşı şeydir".

Chosen
4
4
modern.az

5Sources