EN

Avtomobili çəndə az yanacaqla sürməyin: Ciddi problemlər yaranır

"Avtomobili çəndə minimum yanacaqla (yanan indikatorla) idarə etmək ciddi problemlərlə yekunlaşacaq".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Avilon" avtomobil qrupunun mexaniki təmir departamentinin direktoru Pavel Konstantinov məlumat verib.

"Yolun ortasında benzinsiz qalmaq riskindən əlavə, yanacaq nasosunu zədələmək ehtimalı da var. Ən pis halda bu, bahalı təmir və ya onun dəyişdirilməsi ilə yekunlaşacaq", - deyə ekspert bildirib.

P.Konstantinov vurğulayıb ki, çox vaxt benzin çəninin dibində çöküntülər və çirklər toplanır, yanacaq səviyyəsi aşağı olanda onlar ötürmə sisteminə daxil olurlar:

"Az yanacaqla sürmək təkcə riskli deyil, həm də avtomobilin təmiri üçün əhəmiyyətli maliyyə xərclərinə gətirib çıxara bilər. Yanacaq səviyyəsini həmişə çənin dörddə bir hissəsindən yuxarı səviyyədə saxlamaq və avtomobili əvvəlcədən yanacaqla doldurmağı planlaşdırmaq ən yaxşısıdır. Bu, lazımsız xərclərin qarşısını almağa və avtomobilin xidmət müddətini uzatmağa kömək edəcək".

Milli.Az

Chosen
50
8
milli.az

10Sources