EN

Maskın 13-cü uşağının anası olduğunu açıqladı

26 yaşlı amerikalı mühafizəkar fəal və yazıçı Eşli Sent Kler məşhur milyarder İlon Maskdan uşaq dünyaya gətirdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Eşli bu haqda “X” sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, körpə artıq beş aylıqdır. O etiraf edib ki, uşağı lazımsız diqqətdən qorumaq üçün əvvəllər bu barədə danışmayıb. Sent Kler söz verib ki, uşağın təhlükəsiz böyüməsi üçün əlindən gələni edəcək. Qadın media nümayəndələrini məxfiliyə hörmət etməyə çağırıb.

Qeyd edək ki, İlon Mask bu açıqlamaya hələlik cavab verməyib.

Chosen
52
qafqazinfo.az

1Sources