EN

Zelenski: Ukraynada müharibənin bitməsi 2025-ci ildə mümkündür

18:43 15.02.2025
18:43 15.02.2025

Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında çıxış edərək, 2025-ci ildə ölkə ərazisində döyüş əməliyyatlarının dayandırılmasının mümkünlüyünü bəyan edib.

Bu barədə "RBK Ukrayna” məlumat yayıb.

"Biz sülh istəyirik, bunun üzərində işləyirik, təhlükəsizlik zəmanətləri hazırlayacağıq. Bunları ABŞ ilə paylaşacağıq. Ümid edirəm ki, onlar da öz baxışlarını bölüşəcəklər. Ümumi yanaşma həm bizim üçün, həm də bütün Avropa tərəfdaşlarımız - Aİ və Böyük Britaniya üçün çox vacibdir", - V.Zelenski bildirib.


Chosen
30
8
mynews.az

9Sources