Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Marsel “Olimpik”i doğma meydanda qarşılaşdığı “Sent Etyen”ə böyük hesabla qalib gəlib. Səkkiz qolun qeydə alındığı “Monako” – “Nant” görüşündə də meydan sahibləri əzici hesabla qələbə qazanıblar. “Tuluza”nın qonağı olan lider PSJ-yə isə 3 xal üçün cəmi bir qol bəs edib.
22-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
25-ci tur
14 fevral
Brest – Oser 2:2
Qollar: Ndiaye, 60. Ayorke, 79 – Perrin, 18; 74.
15 fevral
Olimpik (Marsel) – Sent Etyen 5:1
Qollar: Quiri, 27; 60. Qrinvud, 50-pen. Murilyo, 58. Rabyo, 77 – Stassin, 79.
Monako – Nant 7:1
Qollar: Bieret, 44; 54; 64-pen. Minamino, 45. Ben Seqir, 49. İlenixena, 81; 90+5 – Abline, 4.
Tuluza – PSJ 0:1
Qol: F.Ruis, 52.
16 fevral
18:00. Monpelye – Olimpik (Lion)
20:15. Havr – Nitsa
20:15. Lans – Strasburq
20:15. Reyms – Anje
23:45. Renn – Lill