EN

BRİCS sammiti 6-7 iyulda Rio-de-Janeyroda keçiriləcək

2025-ci ildə Braziliyanın sədrliyi ilə keçiriləcək BRİCS sammiti 6-7 iyul tarixləri arasında Rio-de-Janeyroda keçiriləcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə birliyin mətbuat xidməti məlumat yayıb.

“BRICS-in 2025-ci ildə keçiriləcək sammitinin tarixi və yeri təsdiqlənib. O, iyulun 6-dan 7-dək Rio-de-Janeyroda keçiriləcək”, – məlumatda deyilir.

Qeyd edək ki, Braziliya yanvarın 1-dən BRİCS-ə sədrlik edir.

Chosen
18
5
nocomment.az

6Sources