EN

ABŞ bombalarının ilk partiyası İsrailə çatdı

ABŞ-ın MK-84 ağır bombalarının ilk partiyası dəniz yolu ilə İsrailə çatdırılıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən məlumat verilıib.

“Bu yaxınlarda ABŞ hökuməti tərəfindən təsdiqlənmiş ağır aviasiya bombalarının yükü İsraildə qəbul edilib. MK-84 ağır bombaları daşıyan gəmi Aşdod limanında boşaldılıb. Sursat onlarla yük maşınına yüklənərək İsrail Hərbi Hava Qüvvələrinin bazalarına daşınıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvar ayında imzaladığı sərəncamla MK-84 bombalarının İsrailə tədarükünə qoyulan qadağanı ləğv etmişdi.

Chosen
58
50
axar.az

10Sources