EN

İvanişvili sanksiyaya görə, 480 milyon dollarlıq rəsm əsərlərini Gürcüstana gətirib

“Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili sanksiya çağırışlarından sonra 480 milyon dollardan çox sənət əsərlərini ABŞ və Böyük Britaniyadan Gürcüstana gətirib.

AzPost 24News.ge-y’ istinad’n xəbər verir ki, bu barədə Gürcüstanın Gəlirlər Xidmətinin operativ statistika veb-saytında məlumat yayılıb. Hesabata görə, idxal üç bağlama vasitəsilə həyata keçirilib.

Onlardan ikisi ABŞ-dan, biri isə Böyük Britaniyadan göndərilib. Rəsmlərin və onların daşınma qutularının ümumi çəkisi 6.6 ton təşkil edib. Bu gün həmçinin məlum olub ki, 2025-ci ilin yanvar ayında Gürcüstanın ümumi idxalı 45% artaraq 1.6 milyard dollara çatıb. Bu artımın əsas səbəbi ölkəyə incəsənət əsərlərinin gətirilməsi olub. Əgər bu idxal baş verməsəydi, ümumi idxal 1.1 milyard dollar təşkil edəcək və illik artım cəmi 1.8% olacaqdı.

İncəsənət əsərlərinin rekord həcmdə idxalı barədə sosial şəbəkədə “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü Beka Liluaşvili paylaşım edib. O, bu idxalın Bidzina İvanişvili tərəfindən həyata keçirildiyini yazıb. Malların gömrük rəsmiləşdirilməsi 2025-ci ilin yanvar ayında baş tutub. Lakin bu idxal üçün gömrük rüsumunun ödənilib-ödənilmədiyi məlum deyil. Əgər ödənilsəydi, bu məbləğ ümumilikdə 242 milyon lari təşkil edərdi.

Xatırladaq ki, 2024-cü ildə Parlamentdə “Gürcü Arzusu” yeni bir qanun qəbul edib. Bu qanuna əsasən, ofşor şirkətlərin mülkiyyətində olan aktivlərin Gürcüstana gətirilməsi gömrük rüsumlarından azaddır.

Chosen
17
azpost.info

1Sources