Floridanın kanalizasiya sistemlərindən tapılanlar hamını heyrətə gətirib.
News24.az bildirir ki, aparılan araşdırma nəticəsində kanalizasiyadan timsahlar, yenotlar və şəhəri dolaşmaq üçün drenaj borularından istifadə edən onlarla başqa heyvanlar tapılıb.
Alimlərin apardığı araşdırma urbanizasiyanın sürətlənməsi ilə vəhşi heyvanların texnogen infrastrukturlara uyğunlaşdığını göstərib.
Tədqiqatın ən təəccüblü tapıntılarından biri yeddi fərqli sürünən növünün, xüsusən də Amerika timsahının bu sistemlərdən aktiv şəkildə istifadə etməsi olub.