EN

Motta “İnter”lə oyundan gözləntisini açıqladı

“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya A Seriyasının “İnter”lə 25-ci tur ev oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Yuventus”un rəsmi saytına istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, çox vacib oyundur, biz müdafiədə çox yaxşı təşkilatlanmalıyıq, keçidləri səmərəli icra etməli və vahid bir komanda olaraq son dəqiqəyə qədər çalışıb-işləməliyik. Bizə, komanda şəklində həm müdafiə olunmaq və həm də keçidlərə və standart vəziyyətlərə böyük diqqət yetirməklə, komanda şəklində hücum etmək gərəkdir. Standart vəziyyətlər oyunun vacib xüsuslarıdır, biz onları həmişə təffərrüatı ilə işləyib-hazırlayırıq. Biz yaxşı halda olmalıyıq, xüsusən də oyuna sazlanmamız baxımından, həm qolların vurulması nöqteyi-nəzərindən və həm də öz qapımızın müdafiəsi nöqteyi-nəzərindən”, deyə Motta vurğulayıb.

“Yuventus” – “İnter” oyunu bu gün, fevralın 16-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

24 oyundan sonra İtaliya A Seriyasının yarış cədvəlində “Yuventus” 43 xalla 5-ci, “İnter” isə 54 xalla 2-ci pillədə qərarlaşıb. “Neradzurri” mümkün lider qismindədir. A Seriyasına 56 xalla “Napoli” başçılıq edir.

Chosen
36
arena.az

1Sources