EN

“Neftçi” “Qarabağ”la matça 4 itki ilə çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını başa vurub.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “ağ-qaralar” fevralın 15-də axşam saatlarında “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Bərpa dövrünü davam etdirdiyi üçün fərdi məşğul olan Andrey Ştoqrin, zədəli Elvin Camalov qarşıdakı oyunda komandalarına kömək edə bilməyəcəklər. Həmçinin komanda ilə birlikdə məşqdə iştirak etsələr də, hələ tam hazır olmayan Dembo Darbo və Rafael Quzzo da “Qarabağ”la görüşü buraxacaqlar.

Qeyd edək ki, fevralın 16-da “Neftçi Arena”da keçiriləcək Azərbaycan derbisinə saat 19:00-da start veriləcək.

Chosen
91
4
arena.az

10Sources