EN

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var - FOTO

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var. 

Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, Xudat - Qusar avtomobil yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qoz ağacına çırpılıb. 

Nəticədə, sürücü Xudat şəhər sakin Murad Məlikməmmədov hadisə yerində aldığı xəsarətlərdən həlak olub. 

Həmin avtomobildə olan sərnişin Qusar rayon sakini Gülnar Hüseynova isə, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

image

Chosen
97
10
avtosfer.az

10Sources