EN

Super Liqa: “Fənərbağça” “Kasımpaşa”nı xalsız yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Eyüpspor” – “Kayserispor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Hatayspor” “Alanyaspor”u evdə, “Samsunspor” isə “Konyaspor”u səfərdə tək qolla üstələyib. Dörd qolun vurulduğu “Fənərbağça” – “Kasımpaşa” matçı da meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

24-cü tura fevralın 17-də keçiriləcək “Rizəspor” – “Qalatasaray” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
24-cü tur
14 fevral

Adana Dəmirspor – Antalyaspor 1:1
Qollar: Aliui, 28-pen – Larsson, 45.

15 fevral

Qaziantep – Sivasspor 2:1
Qollar: Kozlovski, 33. A.Kızıldağ, 90+1 – Manay, 26-pen.

Başakşəhər – Bodrumspor 0:1
Qol: Puşkaş, 83-pen.

Beşiktaş – Trabzonspor 2:1
Qollar: R.Silva, 53. Bataqov, 65-öz qapısına – Banza, 17.

16 fevral

Hatayspor – Alanyaspor 1:0
Qol: Bamqboye, 56.

Eyüpspor – Kayserispor 1:1
Qollar: E.Mor, 56 – Attama, 90+2.

Konyaspor – Samsunspor 0:1
Qol: Bola, 3.

Fənərbağça – Kasımpaşa 3:1
Qollar: En Nesiri, 21; 71. O.Aydın, 52 – Fall, 62.

17 fevral

21:00. Rizəspor – Qalatasaray

Chosen
70
2
arena.az

4Sources