Təbrizdə keçirilən Mədəniyyət Həftəsinin bağlanış mərasimində İran Prezidenti Məsud Pezeşkian da iştirak edib.
Axar.az xəbər verir ki, İran rəhbəri Azərbaycan dilində danışıb və Şəhriyarın "Heydərbabaya salam" poemasından bir hissəni səsləndirilib.
Bu barədə görüntülər internet resurslarında yer alıb.
Qeyd edək ki, Prezidentin doğma Azərbaycan dilində danışması müəyyən qıcıq yaradıb və o, sözünü yarımçıq kəsmək məcburiyyətində qalıb.