EN

Məmmədov məşhur hücumçunun qarşısını kəsə bilmədi - VİDEO

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti oyununu keçirib.

Komanda 21-ci turda səfərdə "Qurnik"in qonağı olub və 2:3 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, Rahilin 90 dəqiqə oynadığı matçda meydan sahiblərinin həlledici qolunu Almaniya millisinin sabiq üzvü Lukas Podolski vurub.

Məmmədovun komandası 21 xalla 15-ci pillədədir.

"Qurnik" - "Radomyak" 3:2

Qollar: Xosema, 4, 39, Podolski, 71 - Barboza, 21-pen. Qesik, 45+2

Chosen
31
sportinfo.az

1Sources