EN

Mərdəkanda ağır qəza - Sürücü öldü - Fotolar

Xəzər rayonu, Mərdəkan körpüsü yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına əsasən, “Hyundai İ30” markalı minik avtomobili idarəetməni itirirək dəmir maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü həyatını itirib. 

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.






Chosen
131
6
qafqazinfo.az

7Sources