EN

Şakira bu ölkədə xəstəxanalıq oldu, konsertini ləğv etdi

Müğənni Şakira dünya turnesi zamanı xəstəxanaya yerləşdirildikdən sonra Perunun paytaxtında verəcəyi konserti ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Yeddi ildə ilk dünya turnesinə çıxan Şakira mədə ağrıları ilə xəstəxanaya yerləşdirilib. Fevralın 15-i axşam saatlarında təcili yardıma müraciət edən müğənni xəstəxanada qalmaq məcburiyyətində qalıb.

Şakiranın sözlərinə görə, həkimlər ona çıxış etməməyi məsləhət görüblər, buna görə də müğənni qarşıdakı konsertini ləğv edib.

Chosen
31
2
publika.az

3Sources