İngiltərə Premiyer Liqasının 25-ci turunda lider “Liverpul” doğma meydanda “Volves”i qonaq edib. “Mersisaydlılar” rəqibi 2-1 hesabı ilə məğlub edib.
Yenisabah.az xəbər verir ki, “qırmızların” qollarını Luis Dias (15) və Məhəmməd Salah (37) vurub. Qonaqların yeganə topu isə 67-ci dəqiqədə Metyus Kunxadan gəlib.
Bu nəticə ilə “Liverpul” xallarının sayını 60-a yüksəldib. “Qırmızılar” ən yaxın izləyicisi “Arsenal”dan 8 xal öndədir. Meydandan məğlub ayrılan “Volves” isə 19 xalla 17-cidir.
Telegram kanalımız