EN

Qan donduran hücum: 7 nəfəri bıçaqladı, oturub güldü

Avstriyanın Villax şəhərində suriyalı sığınacaq axtaran şəxs küçədə insanlara bıçaqla hücum edərək 14 yaşlı bir gənci öldürüb, 6 nəfəri yaralayıb.

Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, 23 yaşlı cinayətkarın hətta polis tərəfindən əhatəyə alındığı zaman gülümsədiyi müşahidə edilib.

Hadisə 42 yaşlı suriyalı Alaaeddin Alhalabinin cəsarətli müdaxiləsi ilə sona çatıb. O, maşınını hücumçunun üzərinə sürərək daha çox qan tökülməsinin qarşısını alıb.

Daxili İşlər Nazirliyi hücumçunun İŞİD-lə əlaqəli ola biləcəyini və internet vasitəsilə radikallaşdığını ehtimal etdiklərini bildirib.

Nuriyyə Musayeva

Chosen
49
bakivaxti.az

1Sources