EN

Azərbaycanlı “Tank”dan yenə vaxtından əvvəl qələbə

Azərbaycanın MMA döyüşçüsü Turac Əliyev növbəti döyüşünü keçirib.

İdman.biz xəbər verir ki, “Tank” ləqəbli idmançımız GFC (Georgian Fighting Championship) liqası çərçivəsində gürcüstanlı Badri Potşveraşvili ilə qarşılaşıb.

Əliyev döyüşün taleyinin ilk raundda həll edib. 19 yaşlı “Tank” qola ağrıdıcı fənd ilə qalib gəlib. Bu onun GFC liqasında ikinci güclü rəqibi üzərində qələbəsi olub.

Qeyd edək ki, Əliyev MMA-da ümumilikdə 5 dəfə qalib gəlib və bunların hər birini vaxtından əldə edib.

İdman.biz

Chosen
36
idman.biz

1Sources