Ukraynada seçkilər hərbi vəziyyətin ləğvindən sonra altı aydan tez keçirilə bilməz.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasının fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü David Araxamiya bildirib.
Bundan əvvəl Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ölkədə prezident seçkilərinin 2025-ci il oktyabrın 26-da keçiriləcəyini bildirmişdi. Onun sözlərinə görə, artıq seçkilərə hazırlıq başlayıb.
“Birincisi, hərbi vəziyyət zamanı seçkilərin keçirilməsi mümkün deyil. İkincisi, “Jan Mone dialoqu” çərçivəsində bütün fraksiya və qrupların liderləri seçkilərin hərbi vəziyyətin başa çatmasından sonra altı aydan tez olmayaraq keçirilməsi ilə bağlı razılığa gəliblər”, - Araxamiyanın Teleqram kanalında dərc olunan mesajında deyilib.
Bəxtiyar CƏFƏRLİ