Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən "Neftçi" - "Qarabağ" oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Day.Az-a bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb.
"Dörd nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır", - məlumatda deyilir.
Qeyd edək ki, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.