Yaşamaq hüququ olan və bu günə qədər heç bir cinayət işi olmayan suriyalı qaçqın Avstriyanın Villax şəhərində bıçaqlı hücum həyata keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki. bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 14 yaşlı gənc ölüb, 6 nəfər isə yaralanıb.
Hadisə şahidləri 23 yaşlı şəxsin həmin zaman və hücumdan sonra güldüyünü bildirib.
Avstriya rəsmiləri hadisə ilə bağlı terror təhqiqatına başlayıb, hücum edən şəxs saxlanılıb.