Şəmkir sakini ərini bıçaqladı.
Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Qasımalılar kəndində baş verib.
Kənd sakinləri, 1991-ci il təvəllüdlü Aynurə Cəfərova münaqişə zəminində, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Namaz Cəfərovu bıçaqlayıb.
Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.