EN

Hazırkı mürəkkəb məqamda hədəflərimizi müəyyən etməliyik- ÖZƏL

"Dünyanın çox ciddi çağırışlarını təhlil edərək hədəflərimizi müəyyən etməliyik 
Bütün hallarda kampaniyaçılığın tərəfdarı  olmamışam. Qənaətimcə, bu gündə regionda və dünyada gedən proseslərə emosional deyil, strateji yanaşma, davamlı təhlil lazımdır. Biz oturub gözləməməliyik ki, ABŞ prezidenti Donald Tramp Putun Rusiyasını xilas edəcək və yaxud etməyəcək. Amerikanın bu, dövlət başçısından  qeyri standart, dünyanın gündəmini dəyişəcək öz biznes maraqlarına uyğun addımlar gözləmək mümkündür. Məhz belə məqamda hazırkı mürəkkəb dünyanın çox ciddi çağrışlarını bir  daha təhlil edərək hədəflərimizi müəyyən etməliyik". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Əkrəm Bəydəmirli deyib: "Bu artıq reallıqdır ki, Rusiya Ukrayna ilə müharibədə strateji cəhətdən uduzub. Amma Tramp  Rusiyanı öz maraqları naminə xilas edərsə, o zaman Şimal qonşumuzun öz qonşuları, xüsusilə, postsovet ölkələri ilə hədə dilində danışması labüddür. Bir ölkə ki, öz qardaş slavyan xalqına, ukraynalılara  qarşı bu qədər divan tutur. Bütün bunlardan sonra Rusiyadan yaxşı qonşuluq, davamlı əməkdaşlıq gözləmək mümkünsüzdür. Ukrayna ilə ağır müharibə, dünyada gedən geosiyasi proseslər, tətbiq olunan ciddi sanksiyalar Rusiya siyasətində dəyişikliyə və yeni müsbət bir dönəmin başlanğıcına gətirib çıxaracağı şübhə doğurur. Biz bu şübhələrdən uzaq olmaq üçün məlum strateji hədəflərimizə  doğru addımlarımızı  sürətləndirməliyik. Və Azərbaycanın milli maraqları çərçivəsində Rusiya ilə  əməkdaşlıq davam etməlidir. Amma, lakin  bu əməkdaşlıq həmin ölkə ilə məsafə saxlamaq və üfüqi əlaqələrin dərinləşməsi şərti ilə mümkün ola bilər. Onu da qeyd edim ki, öz suverenleyini, ərazi bütövlüyünü qoruyaraq, inkişaf etməsi üçün Azərbaycanın yetərincə potensialı  mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
olaylar.az

1Sources