Kvota dolana qədər Həcc ziyarəti üçün sənəd qəbulu davam edəcək.
Heftelik.az-ın məlumatına görə, bunu QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya açıqlamasında deyib.
O bildirib ki, kvotanın dəqiq sayı dəqiq təyin edilməyib: “Keçən ilə nəzərən bu il kvota az nəzərdə tutulub. Ona görə vətəndaşlardan xahiş edirik ki, gecikməsinlər. Artıq kvotanın, təxminən, yarıdan çoxu dolub”.