EN

Gəncədə şagirdi döyən müəllim İŞDƏN ÇIXARILDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib:
"Qeyd edirik ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür".
Xatırladaq ki, fevralın 13-də Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 5-ci sinfində oxuyan Ə.H.-nin babası Ələddin Hüseynov nəvəsinin sinif rəhbəri, Cavid adlı müəllim tərəfindən döyüldüyünü iddia etmişdi. O, müəllimin şagirdin başını divara çırpdığını, uşağın yıxılıb əzildiyini bildirmişdi. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılıb.
Məhərrəm Əliyev
Chosen
35
1
oxu.az

1Sources