Azərbaycanın qadın boksçulardan ibarət yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra zərif cinsin nümayəndələrini İlkin Ağayev çalışdıracaq.

O, boksçu karyerasında dəfələrlə ölkə çempionu olub, yeniyetmələr arasında dünya birinciliyinin qızıl və gümüş medalını qazanıb. Məşqçilik fəaliyyətinə 2017-ci ildən başlayıb. 36 yaşlı məşqçi son 3 ildə məhz qadınlardan ibarət Azərbaycan yığmasında fəaliyyət göstərib.

Yeni vəzifəsində İ.Ağayevin qarşısına qadın boksunun inkişafı, beynəlxalq arenada uğurlu çıxış məqsədi qoyulub.