“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar həyata keçirilib.
Qurumdan Publika.az-a verilən məlumata görə, hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.
Nicat Quliyev 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini bitirib.
2009-cu ildən 2015-ci ilə qədər SOCAR və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016-2025-ci illərdə Hüquq departamentinin müdiri olub.
ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.
Türkan Yusibova 1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin “Kommersiya hüququ” ixtisası üzrə magistratura pilləsini bitirib.