EN

Sabiq baş naziri yumurta “atəşinə” tutdular

Gürcüstanın keçmiş baş naziri, müxalifətdə olan “Gürcüstan Naminə” partiyasının lideri Georgi Qaxariya Tbilisi Beynəlxalq Hava Limanında təhqiramiz şüarlarla qarşılanıb və yumurta atəşinə tutulub.

Publika.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə və mediada yayılıb. Video görüntülərdə Qaxariyanın agent və vətən xaini adlandırıldığı da eşidilir.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, insident fevralın 17-də səhər saatlarında Qaxariya öz silahdaşı, Gürcüstanın Almaniyadakı keçmiş səfiri Elquca Xokrişvili ilə Münhen Təhlükəsizlik Konfransında iştirak etdiyi Almaniyadan vətənə qayıdarkən baş verib. Partiya hadisə yerində olan polisləri də fəaliyyətsizlikdə ittiham edib.

Bu, artıq son vaxtlar Qaxariya ilə bağlı ikinci insidentdir. Bundan əvvəl prokurorluq müxalifətçiyə zərərçəkmiş şəxs statusu verib. Söhbət Qaxariya ilə hakim “Gürcü Arzusu” partiyasından olan deputat Dimitri Samxaradze arasında yanvarın 14-də Batumidəki “Şeraton” otelinin foyesində baş verən insidentdən gedir.

Chosen
24
publika.az

1Sources