EN

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

Bakı. Trend:

NEQSOL Holding-in tərkibində olan dörd şirkət Azərbaycanda2024-cü ildə ən çox vergi ödəyən 100 vergi ödəyicisi siyahısınadaxil olub. Qeyd edilən siyahı Azərbaycan Respublikası Dövlət VergiXidməti tərəfindən açıqlanıb.

Ümumilikdə, NEQSOL Holding-in tərkibinə daxil olan şirkətlər2024-cü ildə Azərbaycanda 171,1 milyon AZN məbləğində vergiödənişləri həyata keçirib. Beləliklə, NEQSOL Holding ölkənin dövlətbüdcəsinə ən böyük töhfə verənlərdən biri olub.

Holdinqin tərkibində ən iri vergi ödəyiciləri sırasında Norm,Bakcell, Azerconnect Group, Nobel Energy Group (Global EnergySolutions və s.) və digər şirkətlər yer tutur.

İri vergi ödənişləri ilə yanaşı, NEQSOL Holding həmçinindayanıqlı biznes strategiyaları, davamlı sərmayələri, iş yerlərininyaradılması və cəmiyyətin rifahına yönəlmiş sosial təşəbbüsləri iləölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Bu sahələrdənailiyyətlər NEQSOL Holding-in şəffaflığa, iqtisadi inkişafa vəkorporativ sosial məsuliyyətə sadiqliyini bir daha əks etdirir.

NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksəktexnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalqşirkətlər qrupudur. Holdinq Azərbaycanda biznesinin inkişafınaxüsusi diqqət yetirir. Gələcəkdə də fəaliyyətini gənişləndirərək,NEQSOL Holding Azərbaycanın iqtisadi və sosial inkişafına töhfəverməyə davam edəcək.

Məqalədə:
Chosen
102
19
az.trend.az

10Sources