EN

“Miras vergisinə dair yeni qaydalar, pensiya və dəfn üçün müavinətə təsirlər” mövzusunda vebinar keçirilib

Birləşmiş Krallığın “Lane Clark&Peacock LCP” konsaltinq şirkətinin təşkilatçılığı ilə “Miras vergisinə dair yeni qaydalar, pensiya və dəfn üçün müavinətə təsirlər” mövzusunda vebinar keçirilib.

 

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda miras vergisinə dair qaydalardakı dəyişikliklərin sosial sığorta haqqına əsaslanan pensiyaya və həyat sığortası ödənişlərinə təsirləri, işçinin vəfatı zamanı dəfn üçün birdəfəlik müavinətin ödənilməsi, sosial sığorta yığımlarının geri qaytarılması və beşillik zəmanətli ödənişlər zamanı yaranan gecikmələrə dair fikir mübadiləsi aparılıb. Eləcə də işəgötürənlər üçün yeni vergi tələbləri, dəyişikliklərə uyğunlaşmaq üçün işçilərə dəstək göstərmək məqsədilə işəgötürənlər tərəfindən görülməli olan əsas tədbirlərdən bəhs edilib.

Chosen
35
qht.az

1Sources