EN

Zelenski Türkiyəyə səfər edəcək

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə gələcək.

Ölkə.az xəbər verir ki, xəbər verir ki, bu barədə Prezidentin Kommunikasiyalar Direktoru Fahrettin Altun sosial şəbəkədə paylaşım edib.

“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı, fevralın 18-də onun dəvəti ilə ölkəmizə rəsmi səfər edəcək Ukrayna Prezidenti Volodimir Zelenski ilə Prezident Kompleksində görüşəcək",- deyə qeyd olunub.

Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Həmidə İbrahimova

Chosen
25
olke.az

1Sources