EN

Türkiyədə Konya Səlcuq Universitətinə silahlı hücum olub

Bakı, TurkicWorld

Türkiyənin Konya Səlcuq Universitetinin Sağlamlıq Elmləri Fakültəsində baş verən silahlı hücum nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

TurkicWorld, AzerVoice-ə istinadən xəbər verir ki, hadisə zamanı bir tələbə dekan müavini öldürüb, daha sonra iki nəfəri yaralayıb və intihara cəhd edib.

Yaralılar tez bir zamanda xəstəxanaya çatdırılıb.

Hadisə yerinə çoxlu sayda polis qüvvəsi cəlb edilib və araşdırmalara başlanılıb.

Chosen
57
turkic.world

1Sources