EN

Kay Haverts cərrahi əməliyyatdan uğurla çıxdı

“Arsenal”ın alman mərkəz hücumçusu Kay Haverts budun arxa səthinin zədəsi ilə keçirdiyi cərrahi əməliyyatdan uğurla çıxıb.

Arena.az Havertsin bu barədə açıqlamasını təqdim edir:

“Son bir neçə gün həm fiziki və həm də mənəvi baxımdan qəbullanmaq üçün ağır idi. Amma dünən xoş bir gün idi. Uğurlu cərrahi əməliyyat və qələbə.

Son bir neçə gün ərzində göstərdiyi dəstəyə görə hamıya minnətdaram, bu, həqiqətən dadıma çatdı. İndi mən tam fiziki formamın bərpasına və komandaya bütün mümükün dəstəyi göstərməyə köklənmişəm”, deyə Haverts vurğulayıb.

Xatırladaq ki, Haverts “topçular”ın Dubaydakı təlim-məşq toplanışı zamanı məşqdə zədələnmişdi.

Kay Haverts “Arsenal”a 2023-cü ilin iyulunda 75 milyon avro məbləğ müqabilində “Çelsi”dən keçib. Alman futbolçunun “topçular”la müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövümündə Haverts “Arsenal”ın heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 15 qol vurub, 5 məhsuldar ötürmə verib.

Havertsin “topçular” üçün çıxışının ümumi mənzərəsi 85 oyun, 29 qol və 12 məhsuldar ötürmədən ibarətdir.

Alman futbolçu “topçular”la İngiltərə Super Kubokunun 2023/2024-cü illər mövsümünün qalibi olub, həmçinin həmin mövsüm İngiltərə Premyer Liqasını gümüş medalını qazanıb.

Kay Haverts 2018-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 55 oyuna 20 qol, 17 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı alman hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Chosen
37
arena.az

1Sources