Ukrayna Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlarda iştirak etmir və onların nəticələrini tanımaq niyyətində deyil.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenski BƏƏ-də keçirdiyi mətbuat konfransında məlumat verib, onun ofisi tərəfindən video yayımlanıb."Ukrayna danışıqlarda iştirak etmir. Ukraynanın bu barədə heç bir məlumatı yox idi. Ukrayna Ukraynasız Ukrayna ilə bağlı istənilən danışıqları nəticəsiz hesab edir. Biz olmadan bizimlə bağlı heç bir razılaşmanı tanıya bilmərik. Biz də belə razılaşmaları tanımayacağıq".Zelenski həmçinin əlavə edib ki, onun Səudiyyə Ərəbistanına yaxın günlərdə baş tutacaq səfəri çərşənbə axşamı Rusiya-Amerika görüşü ilə bağlı deyil. "Bunun ABŞ və Rusiya nümayəndələri səviyyəsində Səudiyyə Ərəbistanında baş verənlərlə heç bir əlaqəsi yoxdur. Əlbəttə, mən Səudiyyə Ərəbistanında olarkən əlahəzrət şahzadə Məhəmməd bin Salmandan bu barədə nə bildiyini soruşacağam. Mənə sadəcə maraqlıdır", - deyə Zelenski əlavə edib.O, fevralın 19-da Səudiyyə Ərəbistanında olacağını da açıqlayıb. “