EN

Premyer Liqa: “Şamaxı” ilə “Kəpəz”dən hərəyə 1 qol, 1 xal

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günününün ilk qarşılaşması Tovuzda baş tutub.

Burada “Kəpəz” “Şamaxı”nı qəbul edib. Tovuz şəhər stadionunda keçirilmiş oyunu Elçin Məsiyev idarə edib. Bu, sözügedən komandalar arasındakı 37-ci çempionat qarşılaşması olub. Əvvəlki 36 oyunda “Kəpəz” 9, “Şamaxı” 18 qələbə qazanmışdı, 9 qarşılaşma sülhlə yekunlaşmışdı. Ötən turda “Sumqayıt”a qalib gəlmiş “Şamaxı” bu uğurun davamını gətirmək arzusundaydı. Son iki turda 4 xal toplamış “Kəpəz” də növbəti xallarını qazanmağı hədəfləmişdi.

Qarşılaşmada hesabı “Şamaxı” açıb. Amma çox keçmədən “Kəpəz” hesaba tarazlıq gətirməyi bacarıb.

Premyer Liqa
23-cü tur

17 fevral

“Kəpəz” – “Şamaxı” 1:1
Qollar: Rüfət Abbasov, 54-öz qapısına – Brahim Konate, 49-pen.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu, 16:00.

Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 57. Amur Yusifov, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, (k), 5. Arsen Ağcabəyov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasili Radenoviç, 93. Brahim Konate, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 30. Andrey Tırkovyanu, 66. Vasili Bakiç.
Baş məşqçi: Ayxan Abbasov

Chosen
46
1
arena.az

2Sources