EN

Əliağa Vahid Xalq Şairi olmasa da, xalqın adamı idi

Cəmil Həsənli, Professor 

Bir dəfə Xalq Şairi Qabillə İstiqlal küçəsində Əlyazmalar İnstitutunun qarşında qarşılaşdıq. Çəkdi məni indi Cümhuriyyət abidəsi olan yerə və xeyli maraqlı şeylər danışdı. Əli ilə yolun qarşı tərəfini göstərib dedi: Cəmil müəllim biz bir neçə cavan yazıçı-şair o zamankı Kommunist küçəsi ilə yuxarı qalxırdıq. Gördük Əliağa Vahid Filarmoniyadan aşağı enir. Yaxınlaşdıq. Ağır nəfəs alırdı. Onu dövrəyə alıb kefini soruşduq. Bir az duruxdu və üzümüzə baxım dedi:

-Kefim deyəndə ki, bala kefim yaxşı deyil.
-Soruşduq Vahid əmi niyə?
Dedi – niyesi beledir ki, nəşəni çəkirəm boğuluram, çəkmirəm dizlərim əsir.
Və Qabil müəllim əlavə etdi ki, - Vahiddən bir dana idi.

Doğrudan da Əliağa Vahiddən bir dənə idi. Min illik Azərbaycan ədəbiyyatının bir qolu XX əsrdə, Sovet dövründə məhz onunla bağlı idi. Qəzəlin gözdən salındığı dövrdə Vahid nəinki onu yaşatdı, hətta Füzuli və Syid Əzimdən sonra qəzəlin yeni mərhələsi oldu.

Mən ötən əsrin 50-60-cı illərində Azərbaycan ictimai fikir tarixini araşdıranda maraqlı məqamlarla qarşılaşdım. Qlavlit (Mətbuatda dövlət sirlərini qoruyan idarə) demək olar ki, Vahidin az qala bütün qəzəlləri haqqında mənfi rəylər yazır, onun yaradıcılığının sosializm-realizmlə ayaqlaşmadığın, qəzəllərinin məzmunca sosialist ədəbiyyatına zidd olduğun bildirirdi.

Vahid yeganə Azərbaycan şairi idi ki, Qlavlid onun qəzəllərinə çap olunmazdan əvvəl mənfi rəy yazırdı. Bu necə olurdu? Vahid bir çox qəzəllərin nəşr olunmazdan əvvəl xanəndələrə verirdi və xanəndələr də onları konsertlərdə ifa edirdilər. Əliağa Vahid qəzəllərindəki “ah-zar, küskünlük, dünyaya və adamlara inamsızlıq motivlərinə” görə tez-tez partiya orqanları tərəfindən tənqid edilirdi. Vahid haqqında Qlavlitin KGB göndərdiyi şikayətin həcmi Vahidin qəzəllərinin həcmindən böyükdür.

Qlavlitin sədri Xəlil Əfəndiyev Filarmoniya və digər salonlarda keçirilən konsertlərə öz işçilərini göndərirdi ki, orada ifa edilən qəzəllərin və mahnıların sözlərini yazıb gətirsinlər. Xəlil Əfəndiyev də onların əsasında Mərkəzi Komitəyə və KGB-yə Əliağa Vahidin və Məzahir Daşqının senzuradan keçməyən qəzəlləri və şeirlərin kütləvi konsertlərdə oxunması barədə arayışlar yazır və tədbirlər görülməsini tələb edirdi.

Hətta bu məlumatları yoxlamaq üçün Azərbaycan KP MK-nın ikinci katibi Vladimir Semiçastnı Opera Teatrında və Filarmoniyada təşkil olunan muğam axşamlarına gedirdi. O, özü ilə tərcüməçi götürüdü ki, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Əbülfət Əliyevin, gənc xanəndələr Yaqub Məmmədovun, İslam Rzayevin, Qulu Əsgərovun oxuduğu qəzəllərin sözlərini ona tərcümə etsin.

Semiçastnı bir dəfə konsertdən sonra hesabat yazmışdı ki, bunlar muğam axşamı adı ilə tiryək məclisləri təşkil edirlər.

Həmin muğam axşamlarında oxunan qəzəllərdən biri belə başlanırdı:

Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

Atəşi, qəmdən nə qorxaq kim, Səməndərxislətik,
Şəmilər yandırmışıq, pərvanələrdən çıxmışıq.

Pirimiz piri-muğandır, xadimi-meyxanəyik,
Rindlər zövqün görüb, divanələrdən çıxmışıq.

Bu muğam axşamlarından sonra Opera Teatrının direktoru Niyaziyə töhmət verildi. Və konsert salonlarının rəhbərlərinə göstəriş verildi ki, Qlavlitdə senzuradan keçməyən mahnı sözlərinin, qəzəllərin konsertlərdə ifa edilməsinə yol verməsinlər.

Əliağa Vahid Xalq Şairi olmasa da, xalqın adamı idi. Bütün qadağalara, məhdudiyyətlərə baxmayaraq xalqın onun yaradıcılığına və şəxsinə böyük hörməti vardı. Üzeyir bəydən, Səməd Vurğundan sonra 1965-ci ildə onun dəfni böyük hadisəyə çevrilmişdi. Əliağa Vahidi rəhbərlik, dövlət, hökumət , kommunist partiyası yox, xalq Fəxri Xiyabanda dəfn etdi...

Bu barədə növbəti yazıda.

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Sources