EN

Vahid Ələkbərov müsavatçı jurnalistin mənzilini əlindən alır - "Yelo Bank" manatla verdiyi krediti dollarla necə tələb edir?

""Yelo Bank" evimi əlimdən almaq istəyir. Bank 2008-ci ildə manatla verdiyi krediti indi dollarla tələb edir. Vaxtıyla "Nikoyl Bank" kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib. Amma əməlləri, müştərilərinə soyğunçu münasibəti dəyişməyib".

Mia.az xəbər verir ki, bu sözləri sosial media hesabında jurnalist, Müsavat partiyasının tanmınmış fəalı  Mustafa Hacıbəyli yazıb.

Onun sözlərinə görə, Bankın sahibi rusiyalı oliqarx Vahid Ələkbərov olub. 2022-ci ildə Rusiyanın bir sıra oliqarxları ilə yanaşı, Vahid Ələkbərova qarşı da sanksiyalar tətbiq edildikdən  sonra bankın səhmləri Marina Kulişova adlı bir bank işçisinin adına rəsmiləşib:

MUSTAFA HACIBƏYLİ

Jurnalist bildirib ki, "Yelo bank" bu tələblə Suraxanı Rayon Məhkəməsinə müraciət edib: "Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib.  Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank "dirəniş" göstərərək işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub.

P.S. Onu da qeyd edək ki, bu bankla bağlı zaman-zaman mətbuatda sensasiyalı xəbərlər yayılıb.

https://www.mia.az/w1070929/vahid-elekberovun-yoxsa-bir-nece-qrupun-banki-quotyelo-bankquotda-ne-bas-verir-2024-09-02-154210

Samir Musayev

MİA.AZ

Chosen
49
4
mia.az

6Sources