Ermənistan hərbi qulluqçusunun güllələnmiş meyiti tapılıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 17-də saat 09:20 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Sevak Vardanoviç Ovannisyanın güllə yarası almış meyiti aşkarlanıb.
Hadisənin təfərrüatları açıqlanmayıb.
Faktla bağlı araşdırma başladılıb.