Kreml ABŞ ilə Ər-Riyadda görüşmək barədə telefon danışığı zamanı razılığa gəlib.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat yayıb.
O, ABŞ nümayəndə heyəti ilə telefonla danışdığını və Ər-Riyadda görüşmək barədə razılığa gəldiklərini deyib.
Danışıqlarda Uşakovdan başqa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirakı gözlənilir./Globalinfo.az