Türkiyənin Malatya şəhərində 4,4 maqnitudada zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 18.41-də Kale rayonunda qeydə alınıb.
Zəlzələ ocağı 7,24 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Elazığ rayonunda da hiss edilib.
Bizim.Media