Xulian Alvaresin “Atletiko”dakı çıxışı yalnız bir il çəkə bilər.
“Mançester Yunayted” gələn yay dünya çempionunu transfer etmək istəyir. Böyük Britaniya mətbuatına görə, İngiltərə klubu madridlilərə 150 milyon avro təklif edəcək. Amma deyilənə görə, argentinalı futbolçu “Atletiko”da xoşbəxtdi və komandasını tezliklə tərk etmək istəmir.
O, hazırkı klubuna ötən yay “Mançester Siti”dən keçib. Xulian bu mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçunun klubla müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.