EN

Avropanı yeni maliyyə böhranı gözləyir – Mertz

Bakı. Trend:

Avropa ən qısa zamanda yeni maliyyə böhranı ilə üzləşəcək.

Trend xəbər verirki, bunu Almaniyanın kansleri vəzifəsinə əsas namizədlərdən olanXristian Demokratlar İttifaqı və Xristian Sosialist İttifaqımüxalifət blokunun lideri Fridrix Mertz ABŞ-nin “Politico” nəşrinəverdiyi müsahibədə bildirib.

“Yeni maliyyə böhranı nəzərəçarpan şəkildə yaxınlaşır... Bu,suveren borc böhranı olacaq. Biz hələlik onun nə vaxt başverəcəyini bilmirik”, - deyə o vurğulayıb.

Kanslerliyə namizəd qeyd etdiyi potensial maliyyə böhranınıaktivləşdirəcək “tətiklərin” hansı faktorlar olacağına aydınlıqgətirməyib.

Bundan əvvəl Mertz Avropa İttifaqı rəsmilərinin BirləşmişŞtatlar hökuməti yanında tutduğu mövqeyi pisləyərək, liderləriVaşinqton önündə zəiflik göstərməməyə çağırmışdı. Mertzin bubəyanatı Donald Trampın polad və alüminiumun Amerikaya idxalına 25faizlik gömrük rüsumu tətbiq etməsinin ardından gəlmişdi.

Məqalədə:
Chosen
81
az.trend.az

1Sources