Cüdo üzrə Dünya turunun növbəti dayanacağı Daşkənd olacaq.
İdman.biz xəbər verir ki, fevralın 28-dən martın 2-ə kimi Özbəkistan paytaxtında Azərbaycan komandasının da qatılacağı "Böyük Dəbilqə" turniri keçiriləcək.
Heyətə dörd cüdoçu daxildir: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq) və Bakıdakı "Böyük Dəbilqə"nin üçqat qalibi Zelim Tskayev (81 kq).
Turnirdə hələlik 24 ölkədən komandaların çıxış edəcəyi dəqiqləşib.
Ä°dman.biz